NVIP-3SD-8200/30 KAMERASINDA OBYEKTLƏRİN AVTOMATİK İZLƏNİLMƏSİ FUNKSİYASI

NVIP-3SD-8200/30 yüksək sürətli kamerasında nişanlanmış əraziyə daxil olan obyektin aşkarlanması və onun sonrakı hərəkətini izləmək funksiyası reallaşdırılmışdır.Proqramlaşdırma düzgün həyata keçirildikdə  funksiya, operator xidməti olmadan müşahidə edən yüksək sürətli kameranın üstünlüklərindən səmərəli istifadə etməyə imkan verir. Bu funksiyanın işə salınması, hadisələrin kameranın potensial nəzarəti olan sahəsində qaçırılma ehtimalını azaldır. Obyektin kameranın nəzarəti olan sahənin sərhəddindən çıxışı bir neçə saniyə gözləməsi və cihazın proqramlaşdırılmış başlanğıc nöqtəsinə qayıdışı ilə nəticələnir. Bundan əlavə, bir obyekt üçün maksimum müşahidə vaxtını təyin edə bilərik (1 s-dən 300 s-dək). Müəyyən müddətdən sonra daim hərəkət edən obyektləri (məsələn, ağac budaqlarını) izləməmək üçün kamera başlanğıc nöqtəsinə qayıdır. Cihaz, 200 metr radiuslu və obyektivin cari fokus məsafəsindən asılı olan şualanma bucağlı İQ işıqlandırması ilə təchiz edilmişdir, kamera, həmçinin çətin işıqlandırma şəraitində də düzgün işləməyi təmin edən iki-skanlı WDR funksiyasına malikdir.