ÜZ TANIMA FUKSIYALI, YÜKSƏK SÜRƏTLI NOVUS PTZ NVIP-3DN3630SD/IRH-2 KAMERASI

Üç aydan çox əvvəl satışa çıxarılan NVIP-3DN3630SD/IRH-2 yüksək sürətli PTZ kamerası üz tanıma modulu ilə təchiz edilmişdir. Kameraların obyektlərdə artıq quraşdırıldığı halda, bu funksiyanı AAT HOLDING-in servis xidmətindən istifadə edərək proşivkanı yeniləməklə əldə etmək olar. Üz tanıma funksiyası əvvəlcədən ətraflı təsvir edilmiş bəzi 6000 seriyalı şəbəkə registratorlarında da mövcuddur. Yüksək sürətli kameralarda bu, video müşahidə sistemi operatorunun səmərəli işləməsini və müşahidə obyektlərinin registratorun verilənlər bazasında olan məlumatlarla avtomatik müqayisə edilməsini təmin edir. Kamera, 30x-qat (fokus məsafə tənzimləməsi 4,5 mm – 135 mm diapazonunda) böyütmə-obyekti ilə birləşərək obyektin böyük planadək yaxınlaşdlrmasını və  hətta yüz metr məsafədən tanıması üçün üzün nümayiş edilməsi imkanını verən 3 meqapikselli CMOS matrisası ilə təchiz olunmuşdur. Bunun sayəsində dəmiryol stansiyaları, vağzallar, stadionlar, böyük meydanlar və ya kütləvi tədbirlərin keçirildiyi digər yerlərdə insanları müəyyən etmək olar. Bundan əlavə, kamera, həssas SONY Exmor R STARVIS çeviricisi ilə birlikdə xarici işıqlandırma şəraitindən asılı olmayan bir alət halına gətirən, 180 m-dək raduislu daxili İQ işıqlandırma ilə təchiz edilmişdir.