MÜŞTƏRİLƏRİMİZ
2004-cü ildən fəaliyyətə başlamış Heydər Əliyev Fondu təhsil, səhiyyə, mədəniyyət, idman, elm və texnologiya, ekologiya, sosial və digər sahələrdə müxtəlif layihələr həyata keçirərək yeni cəmiyyət quruculuğunda fəal iştirak edir, ölkənin sosial-iqtisadi inkişafına öz töhfəsini verir.
Mərkəz dövlət quruculuğu fəlsəfəsi və Azərbaycan Respublikasının keçmiş Prezidenti Heydər Əliyevin azərbaycançılıq ideologiyasının fundamental tədqiqat sahəsində ardıcıl fəaliyyəti həyata keçirmək, Azərbaycan tarixinin, dilinin, mədəniyyətinin, milli və mənəvi dəyərlərinin hərtərəfli inkişafını təşviq etmək üçün çağırılır
Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 11 fevral tarixli “Azərbaycan Respublikası Milli Bankının yaradılması haqqında” Fərmanı ilə Azərbaycan Respublikasının Milli Bankı yaradılmışdır.1992-ci ilin avqust ayının 15-də Azərbaycan Respublikasının milli valyutası – manat dövriyyəyə buraxılmışdır. 1994-cü il yanvarın 1-dən manat ölkənin yeganə ödəniş vasitəsi elan olunmuşdur. 1995-ci il 12 noyabr tarixində referendum yolu ilə qəbul olunmuş müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının 19-cu maddəsinin II hissəsində Milli Bank pul nişanlarının tədavülə buraxılması və tədavüldən çıxarılması üzrə müstəsna hüquqa malik qurum kimi müəyyən olunmuşdur.
Kapital Bank Azərbaycan Əmanət Bankının varisi kimi 140 ildən çox, uğurla fəaliyyət göstərir. Hazırda Kapital Bank Azərbaycanda ən böyük xidmət şəbəkəsinə malik maliyyə qurumudur. Universal bank olan Kapital Bank 3 milyondan çox fiziki və 22 mindən artıq hüquqi şəxslərə xidmət göstərir. Eyni zamanda, Kapital Bank dövlətin həyata keçirdiyi bir sıra sosial proqramlarda yaxından iştirak edir və real sektorun inkişafı üzrə bir sıra proqramları həyata keçirir.
Azərbaycan Beynəlxalq Bankı Azərbaycan bank sisteminin sabitliyi və ona ölkə daxilində və xaricində etimadı və ölkənin sosial-iqtisadi inkişafının əhəmiyyətli amili olan Ümummilli İnkişaf Bankıdır. Azərbaycan Beynəlxalq Bankı Azərbaycanda və azərbaycanlıların yaşadığı digər ölkələrdə fərd və qurumlar üçün geniş çeşidli, yüksək keyfiyyətə malik bank xidmətlərindən səmərəli şəkildə istifadə etmək imkanı yaradan universal və yeni texnologiyalara arxalanan bankdır.
“Azər Türk Bank” ASC etibarlı biznes tərəfdaşıdır, ölkə iqtisadiyyatının real sektoruna maliyyə dəstəyi verir, müasir bank texnologiyalarını tətbiq edərək operativ xidmət göstərir.
2007-ci ildə yaradılmış PAŞA Bank Azərbaycanın aparıcı korporativ bankıdır. Biz investisiya bankçılığı, ticarətin maliyyələşdirilməsi, aktivlərin idarə edilməsi də daxil olmaqla əsas maliyyə xidmətlərini, o cümlədən kiçik və orta sahibkarlıq üçün tam xidmətlər dəstini təklif edirik. Bank iqtisadiyyatın qeyri-neft sektorunun əsas sahələrinə - aqrobiznes, nəqliyyat, tikinti, ticarət və Azərbaycanın iqtisadiyyatının müxtəlifliyinə öz töhfəsini verən digər sahələrə xidmət göstərir.
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) Azərbaycan ərazisindəki neft və qaz yataqlarının axtarışı, kəşfiyyatı və işlənməsi, neftin, qazın və qaz kondensatının hasilatı, emalı və nəqli, neft və neft-kimya məhsullarının, qazın daxili və xarici bazarlarda satışı, habelə ölkə ərazisində sənayenin və əhalinin təbii qazla təchizatı ilə məşğul olur. SOCAR-ın tərkibində 3 istehsalat birliyi, 1 neft və 1 qaz emalı zavodu, Dərin Özüllər Zavodu, 2 trest, 1 institut daxil olmaqla hüquqi şəxs statusuna malik 23, qeyri-hüquqi şəxs statusuna malik 4 qurum fəaliyyət göstərir.
Azərbaycan Respublikasında pərakəndə satış bazarında neft məhsullarının satışı üzrə əsas operatorlardan biri. Öz yanacaqdoldurma məntəqələri şəbəkəsi və tank fermasına malikdir. LUKOYL PJSC-nin köməklik quruluşu.
“BakuBus” MMC Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 Aprel 2014-cü il tarixli 92 saylı qərarına əsasən Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində yaradılmışdır. Bakı şəhərində sərnişinlərə avtobus nəqliyyatı sahəsində beynəlxalq standartlara uyğun xidmətin təşkili, bu sahənin müasir tipli nəqliyyat vasitələri ilə təchiz edilməsi, sərnişindaşımanın yerinə yetirilməsi zamanı texniki və ekoloji baxımdan təhlükəsizliyin təmin olunması əsas məqsədlər olaraq qarşıya qoyulmuşdur.
Silk Way Airlines, dünyanın 50-dən çox istiqamətindən marşrut şəbəkəsi olan planlaşdırılmış və nizamlı yük uçuşlarında liderdir.Yüklərin daşınması ehtiyaclarınıza qənaətbəxş həllər təqdim edirik və Bakıdakı mərkəzimizdən Asiya və Avropaya uzanan qitələrarası marşrutlarda müntəzəm uçuşlara əlavə olaraq, planlı uçuşlarla əldə edilə bilməyən ərazilərdə geniş təcrübəyə sahibik. Biz dünyanın hər yerindən hökumət və qeyri-hökumət təşkilatları ilə işləyirik, nə qədər kompleks olursa olsun, hər hansı bir sorğuya həll təklif edirik.
STP 2009-cu il dekabr ayının 22-də dövlət başçısı cənab Ilham Əliyev tərəfindən istismara verilmişdir.Bu gün STP-nin tikinti-montaj və istehsalat sahələrində 4500 işçi işləyir. Tikilməkdə olan zavodlar təhvil verildikdən sonra işçi heyətinin sayı 1000 nəfər də artacaq ki, bu da öz növbsində sosial yaşayış standartlarının yaxşılaşdırılmasına zəmin yaradacaq.
RMDM həqiqətən Bakıda yerləşən ən yaxşı çoxprofilli tibbi mərkəz və klinikalardan biridir. Həmçinin, bu klinika Bakının ən yaxşı özəl klinikalarından biri olub, yüksək səviyyədə təchiz edilmiş, ən müasir cihazlara malik laborator və diaqnostik mərkəzdir. RMDM paytaxtın bütün sakinləri və qonaqlarına ən yüksək tələb və standartlara cavab verən tibb xidməti ilə təmin olunmasına imkan verir.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər planı” çərçivəsində həyata keçirilən Bakı Ağ Şəhər layihəsi investisiyanın həcmindən asılı olmayaraq, investorlara hüquqi və təşkilati dəstəyin göstərilməsini təmin edir.